Sumqayıt Tibb Mərkəzinin əməkdaşları təltif olunublar
08.03.2025 10:07

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhərin sosial-iqtisadi, ictimai və mədəni həyatında fəal iştirak edən bir qrup qadını Fəxri fərmanla təltif edib.

 

Təltif edilənlər arasında Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan tibb müəssisələrində çalışan 15 tibb işçisi də var.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, mərasimdə STM-nin nəzdində olan Perinatal Mərkəzin qeydiyyatçısı Sədaqət Mustafayeva, həmin mərkəzin həkim-neanotoloqu Fəridə Əzizova, 1 nömrəli Şəhər Xəstəxanasının tibb bacısı Nailə Adıgözəlova, 2 nömrəli Şəhər Xəstəxanasının sanitarı Mətanət Əliyeva, 3 nömrəli Şəhər Xəstəxanasının anestezisti Ədibə Əlimuradova Fəxri fərmana layiq görülüblər.

Həmçinin, 4 nömrəli Şəhər Xəstəxanasının tibb bacısı Sevda Cəfərova, Təcili Tibbi Yardım Xəstəxanasının tibb bacısı Gülnaz Ələkbərova, Uşaq Xəstəxanasının həkim-infeksionisti İradə Qazıyeva, 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin (ASM) ailə həkimi-terapevti Tahirə Hümmətova, 2 nömrəli ASM-nin tibb bacısı Zeynəb Liftiyeva, 3 nömrəli ASM-nin tibb bacısı Nişanə İsgəndərova, 4 nömrəli ASM-nin ailə həkimi-pediatrı Adilə Kərimova, 5 nömrəli ASM-nin maması Pəri Səmədova, 6 nömrəli ASM-nin təsərrüfat bacısı Cəvahir Nəsirova və 7 nömrəli ASM-nin ailə həkimi-pediatrı Xanım Abdullayeva şəhər rəhbərliyi tərəfindən mükafatlandırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır