Qlobal tibb turizmi - Yeniliklər və ən çox seçilən ölkələr
05.03.2025 16:51

Son illər dünya üzrə səhiyyə və tibb turizmi sahəsində əhəmiyyətli inkişaflar müşahidə olunur. Xüsusilə, texnologiya və süni intellektin səhiyyə sektoruna inteqrasiyası, tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırır. Süni intellektlə bağlı proqram təminatları və platformaların inkişafı, robot texnologiyaları və avtomatlaşdırma həlləri səhiyyə sahəsində inqilabi dəyişikliklərə səbəb olur.

Aztibb.az 2025-ci ildə dünya üzrə səhiyyə turizmi sahəsindəki yenilikləri araşdırıb:

Bu gün yaşıl enerji və davamlılıq prinsipləri tibb turizmində də ön plana çıxır. Günəş, külək və hidrogen enerjisi ilə işləyən səhiyyə müəssisələri, karbon emissiyasını azaltmağa yönəlmiş texnologiyalar və davamlı istehsal təşəbbüsləri tibb turizminin inkişafına müsbət təsir edir.

Sağlamlıq texnologiyalarının sürətli inkişafı da tibb turizminə yeni imkanlar yaradır. Telemedisin texnologiyaları və uzaqdan tibbi xidmətlər, genetik tədqiqatlara əsaslanan fərdi müalicə texnologiyaları, tibbi robotlar və biomateriallar bu sahədəki yeniliklərdəndir.

Azərbaycanda da tibb turizmi sahəsində əhəmiyyətli addımlar atılır. 2025-ci il üçün ölkədə sağlamlıq turizminin inkişafı istiqamətində mühüm tədbirlər planlaşdırılır. Universitetlər və bir sıra təşkilatlar tibbi turizm mövzusunda konfranslar təşkil edir və bu sahədə tədqiqatlar aparır.


Bundan əlavə, TƏBİB, Dövlət Turizm Agentliyi və özəl tibb müəssisələri arasında əməkdaşlıqlar gücləndirilir, sağlamlıq turizminin inkişafı üçün birgə layihələr həyata keçirilir.

 

Sağlamlıq turizmi üçün ən çox seçilən ölkələr arasında Meksika, Hindistan, Tayland, Braziliya, Türkiyə və Sinqapur önə çıxır. Bu ölkələr inkişaf etmiş səhiyyə infrastrukturu, ixtisaslı səhiyyə işçiləri və sərfəli müalicə variantları ilə seçilir.

 

Türkiyə xüsusilə son illərdə sağlamlıq turizmində əhəmiyyətli bir yüksəliş göstərib. Artan xəstəxanalar, tibb mərkəzləri və yaxşı təchiz olunmuş tibb personalı sayəsində dünyada ən çox xəstə qəbul edən ilk 10 ölkə sırasındadır. Türkiyəyə gələn xəstələr ginekologiya, daxili xəstəliklər, oftalmologiya, ümumi cərrahiyyə, stomatologiya, ortopediya və travmatologiya kimi sahələrdə müalicə almağa üstünlük verirlər. Bu ölkələrin sağlamlıq turizmindəki uğurları keyfiyyətli sağlamlıq xidmətlərini sərfəli qiymətlərlə təqdim etmələri və beynəlxalq standartlara cavab verən müalicə imkanları təqdim etmələrindən irəli gəlir.

Beləliklə, 2025-ci ildə tibb turizmi texnoloji yeniliklər, davamlılıq təşəbbüsləri və fərdiləşdirilmiş təcrübələrlə zənginləşərək, qlobal səhiyyə sektorunda mühüm rol oynamağa davam edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Oromandibulyar distoniya nədir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə