Neyroblastoma - Uşaqlarda nadir rast gəlinən sinir toxumalarının xərçəngi
14.04.2023 10:05

Neyroblastoma nadir rast gəlinən sinir hüceyrələrinin şiş xəstəliyidir.

Aztibb.az xəbər verir ki, "A-Medical" şirkəti xəstəliyin simptomları və müalicə imkanları ilə bağlı instaqram səhifəsində məlumat paylaşıb.

Xəstəliyə 5 yaşın altındakı uşaqlarda daha sıx rast gəlinir. Neyroblastoma orqanizmin istənilən hissəsində əmələ gəlir. Əmələ gəldiyi yerdə şiş toxuması dəri altında dəyişikliyin əmələ gəlməsinə səbəb ola bilir.

Xəstəliyin qabaqcadan müşahidə edilən əsas simptomları arasında qəribə davranışlar, qarnın şişməsi, yorğunluq, yuxusuzluq, iştahsızlıq, çəki azalması, yüksək temperatur, qidalanmada problemlər, aşağı bədən hissələrində və sümükdə ağrılar olur.

Simptomların aşkarlanması şişin ölçüsü və yayılma dərəcəsinə bağlıdır.

Müalicə zamanı cərrahi müdaxilə aparılır və xəstəyə müəyyən terapiyalar təyin edilir.

Qeyd edək ki, "A-Medical" Tibbi turizm şirkətinə bu xəstəliyin xarici ölkələrdə müayinə və müalicəsi ilə bağlı məlumat əldə etmək üçün müraciət edə bilərsiniz.

Telefon: +994 10 310 93 33

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir