Əsəb, stress, allergiya xəstəliklərinə qarşı ən qədim müalicə üsulu - Duz terapiyası 
03.08.2021 12:22

Duz terapiyası bronxial asma, angina, əsəb, stress, allergiya və digər xəstəliklərə qarşı ən qədim müalicə üsuludur. Xüsusi avadanlıq və rahat oturacaqlarla təchiz olunan həmin məkanlarda divarlar və döşəmə qalın duz qatından ibarət olur və bu, öz növbəsində təmiz, mikrobsuz və hipoallergik mühit yaradır.

 

Aztibb.az xəbər verir ki, xüsusi aparat halogenerator vasitəsilə gözəgörünməyən dərəcədə kiçik duz dənəsini otağa yayır və nəticədə otaqda mikroiqlim yaradılır. Nisbi rütubət, temperatur və havada duzun miqdarı təbii duz mağarasında olduğu kimidir. Asma xəstələri üçün həmin mağaradakı mühit xüsusilə faydalıdır.

 

Duz mağarasının üstünlüyü onun natri-xlor ionları ilə zəngin olmasındadır. Burada seansların iki gündən bir qəbul edilməsi daha yaxşıdır. Bir seans 40 dəqiqə davam edir. Mağaradakı mühit əsəb sistemini sakitləşdirməyə xidmət edir.

 

Duz terapiyası immuniteti gücləndirir, ciyərləri təmizləyir, mikrob və virusları öldürür. Müalicə xəstəlikdən və profilaktikadan asılı olaraq 10, 15, 20 seanslıq kurslara bölünür. Həmin mağarada qəbul edilən müalicə prosedurası xəstəliyə qarşı mübarizə gücünü artırır, xaricdən allergenlər və zəhərli maddələrlə əlaqə kəsilir, orqanizmin fəaliyyəti sürətlənir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir