Smartfonun şarj cihazından yanıq xəsarətləri alan uşaq xilas edilib
04.03.2025 13:58

Moskva Səhiyyə Departamenti Telegram kanalında bildirib ki, smartfonun şarj cihazından yanıq xəsarətləri olan 14 yaşlı uşaq xilas edilib.

 

Aztibb.az xəbər verir ki, enerji alan telefon üzərində yuxuya dalan uşaq arxası üstə yatarkən bədəninin yan nahiyəsindən, kürəyinin və sağ çiyninin bir hissəsindən birinci və ikinci dərəcəli yanıq xəsarətləri alıb. Hadisə nəticəsində yeniyetmənin bədən səthinin 8%-i zədələnib.

 

Həkimlər yaraların tez sağalması üçün əlverişli mühit yarada bilən bakterisid təsiri olan xüsusi sarğılardan istifadə ediblər. Artıq ilk sarğı dəyişiklikləri zamanı müsbət dinamika müşahidə olunub. Yaralar bir həftə ərzində sağalıb.

 

Telefonu şarjda ikən uşaq yuxuya gedib. Gecə saatlarında ağrıdan oyanıb. Anası uşağı çarpayısı yanarkən görüb və yanğını söndürə bilib. Sonra dərisini su ilə yuyaraq ilkin tibbi yardım göstərib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama