Endodontik müalicənin incəliklərinə həsr olunmuş seminar keçirilib  
27.06.2024 14:39

ATU-nun Rezidentura və magistratura şöbəsi universitetin Tədris Stomatoloji Klinikası ilə birgə rezidentlər üçün növbəti seminar keçirib. 

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tədbiri giriş nitqi ilə açan şöbə müdirinin müavini, assistent Namiq Xəlilov mövzu ilə bağlı bildirib ki, endodontik müalicə lokal (yerli) anesteziya altında tam ağrısız olaraq aparılır. Dişin ağızda görünən tac qismindən dişin sinir təbəqəsinə (pulpa) bir yol açılır və onun çənə sümüyü içindəki kök qisminə girilir. Dişlər 1, 2, 3 və daha çox kanallı ola bilər. Kanal müalicəsi sinirlərin çıxarılması, kanalların mikroblardan təmizlənməsi və sonra genişləndirilmiş kanalların doldurulması ilə başa çatır. Sözünə davam edən N.Xəlilov vurğulayıb ki, artıq neçə ildir universitetin klinikalarında və bir sıra kafedralarda rezidentlər üçün tibbin müxtəlif sahələrinə dair seminarlar təşkil olunur. Bu seminarlar rezidentlərin gələcək iş təcrübəsində, onların peşə vərdişlərinə yiyələnməsində müsbət rol oynayacaq.

 

Sonra Terapevtik stomatologiya kafedrasının dosenti, t.ü.f.d. Aqil Əliyev “Endodontik müalicədə həssas məqamlar. Ağırlaşmalar və onların aradan qaldırılması” mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, müalicə zamanı hər bir stomatoloqun bilməli olduğu bir sıra həssas məqamlar var. Mühazirədə endodontik müalicənin bütün mərhələlərində yaşana biləcək çətinliklər və ağırlaşmalar haqqında geniş məlumat verilib, onların baş verməməsi üçün önəmli tövsiyələr və incəliklər izah olunub. Anesteziya prosedurunun növləri, onların təsir zonaları, pulpar boşluğa düzgün, risksiz girişlər, müvəffəqiyyətli instrumental və irriqasiya protokolun tətbiqi mütəxəssis tərəfindən şərh edilib. Həkim 30 illik təcrübəsinə əsaslanaraq, endodontik müalicə zamanı yol verilən səhvlər və fəsadların aradan qaldırılması yollarını müasir tibbin nailiyyətləri kontekstində təqdim edib.

 

Məruzə ətrafında klinikanın direktoru, t.ü.f.d. İmran Ağayev, Terapevtik stomatologiya kafedrasının müdiri, t.ü.f.d, dosent Vaqif Həsənov və həmin kafedranın dosenti Səlimə Məmmədova fikirlərini səsləndirib, bəzən dişlərdə əyri və çətin keçilən kanalların müşahidə olunmasından bəhs ediblər. Qeyd olunub ki, prosesin dərinliyindən və formasından asılı olaraq endodontik müalicə bir və ya bir neçə seansa həyata keçirilə bilər. Tədris Stomatoloji Klinikada endodontik problemlərə diaqnoz ağizdaxili müayinə və rentgen-vizioqrafla qoyulur, ən müasir avadanlıqlar və professional həkimlər tərəfindən müalicə olunur.

 

Çıxışlardan sonra mövzu ətrafında diskussiya aparılıb, suallar məruzəçi tərəfindən cavablandırılıb.

 

Seminarda klinikanın əməkdaşları, rezidentlər və tələbələr iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır