Bakı şəhərində 87 tibb müəssisəsini əhatə edən 39 tibb məntəqəsi yaradılıb
24.07.2020 10:54

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veysova AzTV telekanalının “Hədəf” verilişinə müsahibə verib.

 

Aztibb.az-ın məlumatına görə, N.Veysova ölkədə koronavirus infeksiyasının yayılmasının ən qızğın vaxtında stasionar tibbi yardım xidmətlərinin üzərinə düşən yükün azaldılması məqsədilə yaradılmış tibbi məntəqələrin sayı və vəzifələri haqqında sualı cavablandırıb. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi nəzdində olan İşçi qrup tərəfindən Bakı şəhərində 87 tibb müəssisəsini əhatə edən 39 tibb məntəqəsi yaradılıb. Məntəqələrin iş vaxtı səhər saat 08:00-dan axşam saat 20:00-dəkdir. Axşam saat 20:00-dan sonra isə 103 nömrəsinə zəng etmək lazımdır. Bununla yanaşı, xəstənin stasionar müalicəsinə göstəriş olduğu təqdirdə o, mütləq hospitalizasiya olunmalıdır. Hər bir məntəqədə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təlim keçən 11 nəfər tibb işçisi çalışır.

 

İdarə rəisi hər məntəqənin fəaliyyətinin Çağrı Mərkəzindən müraciətlərin qəbulu, dislokasiyaları üzrə müəssisələrə ötürülməsi və vətəndaşların sahə həkimi ilə əlaqə yaratmasına dəstək verməkdən ibarət olduğunu qeyd edib. Bundan əlavə, N.Veysova şəhər poliklinikalarının sahələrində təşkil edilmiş tibb məntəqələrinin göstərdiyi səyyar xidmətlərin fasiləsiz işini təmin etmək məqsədilə hər məntəqə üçün xüsusi nəqliyyat vasitəsinin ayrıldığını qeyd edib.

 

Onun sözlərinə görə, artıq istifadəyə verilmiş 40 avtomobil vasitəsilə hər gün saat 08:00-dan 12:00-dək evdə olan xəstələrdən test yaxmaları götürülür, məntəqələrə gətirilir, orada barkodlaşdırılaraq laboratoriyalara çatdırılır, dərman preparatları xəstələrə təqdim olunur. Test nəticələri müsbət çıxan xəstələr isə evdə dərman preparatları ilə təmin olunurlar.

 

Baş Səhiyyə İdarəsinin rəisi hazırda COVID-19 ilə bağlı gələn müraciətlərin sayı haqqında məlumat verərək bildirib ki, Təcili Tibbi Yardım xidmətinə koronavirusla bağlı müraciətlərin sayının 25%-ə qədər, ağır xəstələrin müraciətlərinin sayının isə 30 %-ə qədər azalması müsbət haldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır