Yeni Klinikada ilk göz əməliyyatı icra olunub
21.06.2024 15:27
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Oftalmologiya şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk göz əməliyyatı həyata keçirilib.
Bu barədə Aztibb.az-a Klinikadan bildirilib.
Qeyd olunub ki, sağ gözündə görmə azlığı şikayətilə tibb müəssisəsinə müraciət edən 70 yaşlı qadın xəstənin sağ gözündə görmənin 30% olduğu və görmə azlığının isə yaşla əlaqədar olaraq kataraktaya (el arasında mirvari suyuna) bağlı olduğu müəyyən edilib.
Uzman oftalmoloq Xəlil Səfərov tərəfindən ilk dəfə həyata keçirilən katarakta əməliyyatı uğurla nəticələnib.
Əməliyyat zamanı kataraktanın fakoemulsifikasiyası və ekstraksiyası sonrası göz içinə lens implantasiyası əməliyyatı da icra edilib.
Məlumat üçün bildirək ki, göz içi linza (GİL) implantasiyası olaraq da bilinən lens implantasiyası təbii lensi əvəz etmək üçün gözün içərisinə süni lensin implantasiya edildiyi cərrahi əməliyyatdır.
Qeyd edək ki, gözdə katarakta - orta hesabla 50-60 yaş arası insanlarda tez-tez rast gəlinən, gözdə büllurun bulanıqlaşaraq zamanla şəffaflığını itirməsinə, bulanıq görməyə səbəb olan göz xəstəliyidir. Xəstəliyin müalicəsi yalnız cərrahi əməliyyatla mümkündür. Təxminən 15-20 dəqiqə çəkən əməliyyatdan sonra xəstə eyni gündə evə yazıla bilər.
Xatırladaq ki, icbari tibbi sığortanın tətbiq olunduğu Yeni Klinika tibb müəssisəsində Xidmətlər Zərfi daxilində oftalmoloji müayinələrlə yanaşı artıq bir sıra göz əməliyyatları da həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı tək şəxsiyyət vəsiqəsilə klinikaya müraciət edərək qeyd edilən xidmətlərdən tam təmənnasız yararlana bilər.
Bu bölməyə aid digər xəbərlər
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ATU tələbələri üçün beynəlxalq mübadilə proqramı
18.10.2026 | 16:37
Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb
18.10.2026 | 15:38
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
18.10.2026 | 10:57
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
18.10.2026 | 09:35
Anar Bayramov Quba Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub
17.10.2026 | 17:53
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

