Koronavirus ən çox burundan yoluxur - PROFESSOR
10.11.2020 19:05

“Koronaviruslar ən çox bizə burun yolu ilə yoluxur. Virus burun keçidinə yerləşdikdə, bu bölgədəki sinir hüceyrələrinə təsir edir və ilk növbədə qoxu duyğumuz yox olur və dad alma duyğumuza da təsir edir”.

 

Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, bunu ölkənin Koronavirus Tibbi-Elmi Komitəsinin üzvü, professor Həsən Tezər deyib.

 

O, qeyd edib ki, virusdan qorunmaq üçün maskadan düzgün istifadə etmək lazımdır: “Viruslar burundan daxil olur və əvvəlcə oradakı hüceyrələrə çatır. Sürətlə boğaza və oradan ağciyərlərə doğru hərəkət edir. Maskalardan düzgün istifadə virus ötürülməsinin qarşısını alır.

 

Maska taxmadan əvvəl əllər təmizlənməlidir, üz ilə maska arasında boşluq olmamalı və nəm olduqda maska yenisi ilə əvəz olunmalıdır”.

 

Professor bildirib ki, yolda ağzımızda maska gəzərkən, burnumuz açıq qalır: “Virus burundan ötürüldüyünə görə ən yaxşı qorunma burunun örtülməsidir. Virusa tutulanlar ən çox qızdırma, öskürək və nəfəs almaqda çətinlik çəkirlər. Son vaxtlar dad və qoxu itkisi artmağa başlayır. Yaxşı xəbər isə budur ki, bu problem müalicədən sonra iki-üç həftə ərzində düzəlir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza