Şirvan ŞMX-da ilk: Hər iki kondilusun metal lövhə ilə açıq reduksiyadan sonra fiksasiyası əməliyyatı icra edilib
20.06.2024 17:12

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq hər iki kondilusun metal lövhə ilə açıq reduksiyadan sonra fiksasiyası əməliyyatı icra edilib.

 

Bu barədə Aztibb.az-a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Qeyd olunub ki, xəstəxananın Cərrahiyyə şöbəsinin həkim travmatoloqu Şəmsi Əhmədov tərəfindən travmatoloji əməliyyat uğurla həyata keçirilib.
Belə ki, tibb müəssisəsinə müraciət edən Sabirabad rayon sakini 1965-ci il təvəllüdlü pasiyentə sol qamış sümüyünün Şatsker 4 tipli sınığı diaqnozu qoyulub. Zəruri tibb xidmətlər göstərilən pasiyentin üzərində hər iki kondilusun metal lövhə ilə açıq reduksiyadan sonra fiksasiyası əməliyyatı icra olunub.

 

Əməliyyat uğurla başa çatıb. Hazırda pasiyentin vəziyyəti stabildir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama