Sumqayıtda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
17.06.2024 12:07

Sumqayıt Tibb Mərkəzinin (STM) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü ilə münasibətilə ümumşəhər tədbiri keçirilib.

 

Aztibb.az-a STM-dən verilən xəbərə görə, tədbirdən öncə səhiyyə işçiləri Sumqayıtda Ümummulli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

 

Bayram tədbirində STM-nin tabeliyində olan tibb müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak ediblər.

 

Öncə Dövlət Himni səsləndirlib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu birdəqiəlik sükutla yad edilib.

 

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov çıxış edərək bütün tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

O, həkimlərin insanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək və yaşatmaq üçün yorulmadan çalışdıqlarını diqqətə çatdırıb.

 

Elnur Azadxanov əlavə edib ki, Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, köklü kadr islahatları icbari tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edib.

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov icra başçısı Zakir Fərəcovun təbriklərini tibb işçilərinə çatdırıb. Bildirib ki, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir.

 

T.Səmədov Prezident İlham Əliyevin səhiyyə sahəsində apardığı mütərəqqi islahatlardan söz açıb, həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri vardır.

 

O, bu şərəfli işdə bütün həkimlərə və tibb işçilərinə uğurlar arzulayıb.

 

Çıxışlardan sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təltif olunan bir qrup səhiyyə işçisinə, eyni zamanda Sumqayıt Tibb Mərkəzinin rəhbərliyi tərəfindən mükafatlandırılan əməkdaşlara Fəxri fərmanlar təqdim edilib.


Tədbir konsert proqramı ilə davam etdirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama