Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Bakı Baş Səhiyyə Mərkəzinin bir qrup əməkdaşı təltif olunub
17.06.2024 15:49

Bakı Baş Səhiyyə Mərkəzində 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

 

BBSM-dan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Mərkəzin direktoru Elçin Əmirov, direktor müavinləri, departament, şöbə müdirləri, digər əməkdaşlar və tabeli tibb müəssisələrinin bir sıra nümayəndələri iştirak edib.

 

İlk olaraq Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan E.Əmirov bütün səhiyyə işçilərini 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edib, onlara gördükləri məsuliyyətli və şərəfli peşədə müvəffəqiyyətlər arzulayıb.

 

Son illərdə inkişaf edən ölkə səhiyyəsinin nailiyyətləri haqqında məlumat verən E.Əmirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısı nəticəsində yeni müasir tibb mərkəzlərinin yaradılmasının, köhnə tibb ocaqlarının təmir olunaraq müasir avadanlıqlarla təmin edilməsinin, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinin, peşəkar kadrların cəlb edilməsinin tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açdığını vurğulayıb. O, Bakı şəhəri əhalisinin sağlamlığının qorunmasında mühüm rol oynayan Bakı Baş Səhiyyə Mərkəzinin də uğurlarından bəhs edərək, Mərkəz tərəfindən həyata keçirilən struktur-kadr islahatları, tibb personalının peşəkarlığının yüksəldilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması, cari və əsaslı təmir işlərinin həyata keçirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

 

Tədbirin sonunda Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin bir sıra əməkdaşları əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə fəxri fərmanlarla təltif edilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama