ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri fəal tələbələrlə görüşüb
16.06.2024 12:30

Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov universitetimizin mədəni həyatında aktiv iştirak edən və tədbirlərin keçirilməsinə öz töhfələrini verən fəal tələbələrlə görüşüb. 

 

ATU-dan Aztibb.az-a bildirilib ki, o, görüş zamanı Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən və tələbələrimizdən ibarət olan “Çinar” rəqs və “Şəfa” xalq çalğı alətləri ansambllarının bütün tədbirlərdə öz peşəkar çıxışları ilə fərqləndiyini vurğulayıb.

Xatirladıb ki, Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ATU-da keçirilən Azərbaycan -Türkiyə qardaşlığına həsr olunmuş “Bu ellərin soyu birdir, kökü bir” adlı təntənəli ədəbi-bədii gecəyə də “Çinar” rəqs və “Şəfa” xalq çalğı alətləri ansambllarının çıxışları xüsusi rəng qatıb.

 

Görüşə qatılan fəal tələbələrin universitetin ictimai həyatındakı rolunu yüksək qiymətləndirən komitə sədri onları Milli Qurtuluş Günü, müqəddəs Qurban Bayramı və Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə ATU-nun rektoru, professor Gəray Gəraybəylinin və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Arif Mərdanovun adından da təbrik edib. Eyni zamanda, hər iki ansamblın üzvlərinə “Məzun günü”ndə necə çıxış edəcəkləri barədə tövsiyələrini verib. Həmçinin hər buraxılış gecəsində “Çinar” rəqs və “Şəfa” xalq çalğı alətləri ansamblının məzun olan bir neçə üzvünün mükafatlandırılacağını diqqətə çatdırıb.

 

Görüşün sonunda tələbəlik illərində öz xüsusi istedadları ilə seçilən gənclərin gələcəkdə səhiyyənin ən yaxşı həkimləri olacağına da əminliyini bildirən C. Qasımov onların hər birinə uğurlar arzulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama