Sumqayıt Tibb Mərkəzində “Milli qurtuluşa aparan yol” adlı tədbir keçirilib
15.06.2024 14:01

Sumqayıt Tibb Mərkəzində (STM) Milli Qurtuluş Gününə həsr edilən “Milli qurtuluşa aparan yol” adlı tədbir keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, tədbirdən öncə STM kollektivi Sumqayıtda Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

 

Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

 

STM-nin direktoru Elnur Azadxanov çıxış edərək Milli Qurtuluş Gününün milli məfkurəmizdəki yerindən və mövqeyindən bəhs edib. Bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını parçalanmadan, vətəndaş müharibəsindən, ümumilikdə isə, dövlətçilik prinsiplərini birdəfəlik yox olma təhlükəsindən xilas edib.

 

Ulu Öndərin həyata keçirdiyi strategiyanın ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən direktor bu günkü Azərbaycanın stabil, dinamik inkişafından söz açıb.

 

Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Sonda sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videçarx nümayiş olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama