Mərkəzi Neftçilər Xəstəxanasında uzun fasilədən sonra ürəkdə cihaz implantasiyası əməliyyatlarına başlanılıb
14.06.2024 11:22

Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsində uzun fasilədən sonra icrasına başlanılan ürəkdə cihaz implantasiyası əməliyyatları uğurla başa çatıb.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, illər sonra cihaz implantasiyası cərrahi əməliyyat ilk olaraq 74 yaşlı pasiyent (cinsi qadın) üzərindən həyata keçirilib.

 

Əməliyyatdan əvvəl tibbi müayinələr zamanı işemik insult diaqnozu qoyulan pasiyentdə koronar angioqrafiya və elektrokardioqramma müayinəsinin nəticəsində ürəkdə tam qulaqcıq-mədəcikdaxili blokadasının olması, ciddi təzyiq problemi, huşunun soporoz (şərti reflekslərin itməsi) vəziyyətdə olması aşkarlanıb. Bunun ardınca cihaz implantasiyası cərrahi əməliyyatına məruz qalan şəxs üzərində daimi iki kameralı kardiostimulyator (DDDR-pace) implantasiyası icra edilib.

 

Digər xəstə, hipertrofik kardiomiopatiya diaqnozu qoyulan 65 yaşlı (cinsi kişi) pasiyentdə 24 saatlıq holter müayinəsi zamanı mədəcik taxikardiyası aşkarlanıb. Xəstəyə tək kameralı ürəkdaxili defibrilyator cihazı taxılıb (VR-ICD).

 

Qeyd edək ki, bu ağır cərrahi əməliyyatlar Kardiologiya şöbəsinin invaziv həkimləri tərəfindən Angioqrafiya laboratoriyasında uğurla icra edilib.

 

Hazırda xəstələr həkim nəzarəti altında stasionar şəraitdə müalicəsini davam etdirir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama