ATU-nun Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub
13.06.2024 18:27

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına direktor təyinatı olub.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, Klinikaya direktor vəzifəsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə İmran Ağayev təyin olunub.

 

Yeni rəhbəri kollektivə ATU-nun rektoru professor Gəray Gəraybəyli təqdim edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR