ATU əməkdaşı beynəlxalq konfransda əsas məruzəçi qismində iştirak edib  
14.06.2024 11:13

Qazaxıstanın Almatı şəhərində Əl-Fərabi Qazax Milli Universitetinin (KazNU) 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev “Tibbi bitkilər və təbii dərman tədqiqatları” üzrə beynəlxalq konfransın sədri, professor Canar Cenisin dəvəti ilə tədbirdə əsas məruzəçi qismində iştirak edib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

KazNU-nun rektoru Canseyt Tuymebayev konfransı giriş nitqi ilə açaraq qonaqları salamladıqdan sonra Yaponiya, Özbəkistan, Tailand, Türkiyə, Malayziya, Hindistan, Pakistan, Qırğızıstan, Kipr, Cənubi Koreya, Portuqaliya, ÇXR və s. ölkələrdən gəlmiş alimlərin dərman bitkiləri və təbii dərman maddələri ilə bağlı apardıqları elmi-tədqiqat işlərinə dair məruzələri dinlənilib. 

 

Konfransın bağlanış mərasimində əsas məruzəçilər mükafatlandırılıb və onlara sertifikatlar təqdim olunub. 

 

Məlumat üçün bildirək ki, QS World University Rankings-ə görə, KazNU dünyanın ən yaxşı universitetlərinin reytinqində 163-cü yeri tutur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama