"Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya" mövzusunda konfrans keçirilib  
11.06.2024 13:33
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Nəsil Qrup MMC şirkətinin birgə təşkilatçılığı ilə "Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
 
Aztibb.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfrans iştirakçılarını salamlayaraq mövzunun aktuallığına dair fikirlərini bölüşüb.
 
O, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin il ərzində mütəmadi olaraq yerli mütəxəssislərin beynəlxalq təcrübədən faydalanması üçün müxtəlif elmi fəaliyyətlər təşkil etdiyini qeyd edib. Konfransın bilik və təcrübə mübadiləsi üçün faydalı platforma olacağına inandığını qeyd edən İ.Əfəndiyev hərkəsi müzakirələrdə aktiv iştirak etməyə dəvət edib.
 
Daha sonra rəsmi hissədə çıxış edən Mərkəzi Gömrük Hospitalın rəisi, baş həkim Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalında xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən İnfeksiyaya Nəzarət Komissiyasının fəaliyyəti barədə qısa məlumat verib.
 
Konfransın rəsmi hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin sektor müdiri Vüsalə Səfərova və TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri t.ü.f.d. Yaqut Qarayeva da çıxış edərək faydalı mövzuya həsr edilmiş elmi tədbirə görə Tibbi Xidmət İdarəsinin rəhbərliyinə təşəkkür ediblər.
 
Rəsmi hissədən sonra Konfrans Mikrobiologiya üzrə uzman, İstanbul Hippokrat Laboratoriyalarının icraçı direktoru Oktay Öztürk və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının Mərkəzi Laboratoriyasının rəisi Elvin Bayramovun moderatorluğu ilə “Antibiotik rezistentliyi ilə mübarizədə mikrobioloji diaqnostikanın rolu və antibiotikterapiya” və TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri t.ü.f.d. Yaqut Qarayeva və Mərkəzi Gömrük Hospitalının rəis müavini t.ü.f.d. Nabil Seyidovun moderatorluğu ilə “Xəstəxanadaxili infeksiyalara nəzarətin əhəmiyyəti və infeksion kontrol” paneli ilə öz işinə davam edib.
 
Konfransda Mərkəzi Gömrük Hospitalının həkimləri-Laboratoriya şöbəsinin rəisi b.ü.f.d. Dr. Səbinə İbrahimova “İnfeksion xəstəliklərdə molekulyar-diaqnostik və immunoloji üsulların əhəmiyyəti”, uzman anestezioloq-reanimatoloqu Sevda Hüseynova “Sepsis: Reanimatoloqun gözü ilə”, Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov “Kateterə bağlı sidik yolu infeksiyaları.”, uzman infeksionist Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalarla mübarizənin əhəmiyyəti”, İnfeksiyaya Nəzarət Komissiyasının üzvü Səttar Yaqubov “Mərkəzi Gömrük Hospitalının infeksiyaya nəzarət sahəsində mövcud təcrübəsi”, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-mikrobioloqu, V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun doktrantı Leyla Həşimova “Mikrobioloji laboratoriyada innovativ sistemlər” və ATU-nun tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti, t.ü.f.d. Həyat Əliyeva “Sepsisin diaqnostikasına müasir yanaşma” mövzularında təqdimatla çıxış ediblər.
 
Mərkəzi Gömrük Hospitalının rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanan və 300 nəfərədək həkimin hibrid formatda iştirak etdiyi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama