Qəbələ RMX-nın yeni fəaliyyətə başlayan binasında ilk cərrahi əməliyyat icra edilib  
11.06.2024 09:15
Ölkəmizdə müasir səhiyyə infrastrukturunun formalaşdırılması, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz olunması istiqamətində tədbirlər davam etdirilir.
 
Aztibb.az-a Qəbələ Rayon Mərkəzi Xəstəxanasından  yeni fəaliyyətə başlayan binasında ilk cərrahi əməliyyat icra edilib. 1970-ci il təvvəllüdlü Qəbələ sakini üzərində edilən uşaqlığın total abdominal histeroektomiyası əməliyyatı uğurla icra edilib.
 
Sözügedən əməliyyat həkim-cərrah Fariz Abdullayev və həkim anestezioloq-reanimatoloq Azər Söhbətov tərəfindən icra olunub.
 
Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir və hazırda müalicəsi stasionar şəraitdə davam etdirilir.
 
Qəbələ Rayon Mərkəzi xəstəxanasının yeni binasında yaradılan şərait yalnız Qəbələ sakinlərinin deyil, bütövlükdə region əhalisinin hərtərəfli tibbi xidmətlə təmin edilməsinə, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkilinə imkan yaradır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır