Fibromiyalgiya sindromu: Səbəbləri və simptomları
09.06.2024 14:58

Fibromialgiya 3 aydan çox çəkən diffuz əzələ ağrıları və zəifliklə ortaya çıxan xroniki ağrı sindromudur.

 

Aztibb.az xəbər verir ki, əsas simptomu geniş yayılmış əzələ ağrılarıdır və bu, insanların gündəlik həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Digər simptomlarına isə zəiflik, halsızlıq, yuxu pozğunluğu, iş vaxtının azalması, bağırsaq fəaliyyətinin pisləşməsi, səhər yuxudan yorğun oyanmaq və diqqət dağınıqlığı daxildir.

 

Fibromialgiyanın müalicəsi üçün dərman terapiyasına əlavə olaraq, məşq, masaj, fizioterapiya tətbiq edilir.

 

Bu xəstəliyin müalicəsində sağlam qidalanma, müntəzəm məşq və istirahət təsirli olur, lakin avtonom sinir sistemini tənzimləmək üçün fizioterapiya və reabilitasiya proqramlarına ehtiyac duyulur.

 

Adətən 20-40 yaş arasında meydana gələn bu xəstəlik qadınlarda kişilərə nisbətən 7 dəfə çoxdur. Həyatı dözülməz hala gətirən bu narahatlıqda bəzi xəstələr ağrıkəsicilər, masaj, yüngül məşqlər, akupunktur kimi müxtəlif müalicə üsulları ilə rahatlıq tapa bilərlər. 

 

Tədqiqatlar göstərir ki, ürək-damar məşqləri dayaq gücləndirici məşqlərlə birlikdə təkcə ümumi ağrıları aradan qaldırmır, həm də enerji səviyyəsini artırır, yuxunu yaxşılaşdırır və əhval-ruhiyyəni yüksəldir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib