Mərkəzi Gömrük Hospitalında tədbir: “Korrupsiyaya qarşı mübarizə”
09.06.2024 09:03

Mərkəzi Gömrük Hospitalında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından xəbər verilib.

 

Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev, rəis müavinləri Nabil Seyidov və Nahidə Mahmudova, Poliklinka şöbəsinin rəisi Tamilla Əliyeva, o cümlədən həkimlər, tibb bacıları və rezidentlər iştirak ediblər.

 

Salamlama nitqi ilə çıxış edən Şahlar Mirqasım səhiyyə sahəsində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən danışıb və Mərkəzi Gömrük Hospitalında korrupsiya ilə mübarizə istiqamətində mütəmadi olaraq əməkdaşlar arasında məlumatlandırıcı sessiyalar həyata keçirildiyini vurğulayıb.

 

Daha sonra Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova korrupsiya haqqında qanunvericiliyin tələbləri, bilavasitə korrupsiya hüquqpozmaları və vəzifəli şəxslərin korrupsiyaya şərait yaradan hüquqpozmalara dair mövcud normativ-hüquqi aktların tələbləri haqqında ətraflı məlumat verib və auditoriya tərəfindən verilən sualları cavablandırıb. O, çıxışının sonunda deyib: "Gömrük orqanlarının əməkdaşları bundan sonra da göstərilən etimadı doğrultmaq üçün bütün səylərini səfərbər etməli, öz vəzifələrinə məsuliyyətlə yanaşmaqla korrupsiya hüquqpozmalarına qarşı daha ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin etməlidirlər."

 

Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev prosesin daim diqqətdə saxlanılacağını qeyd edərək Hospital heyətinin peşə fəaliyyətinin şəffaf və uğurlu təşkilinin vacibliyindən danışıb və bir daha hərkəsi bu mövzuda diqqətli və həssas olmağa dəvət edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama