ATU-nun prorektoru beynəlxalq konqresdə çıxış edib  
09.06.2024 10:55

Rusiyanın Sankt-Peterburq şəhərində uşaq sağlamlığının qorunmasına həsr edilən beynəlxalq konqresdə Azərbaycan Tibb Universiteti (ATU) təmsil olunub.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, dünyanın 15 ölkəsindən 2500-dən çox nümayəndəsinin iştirak etdiyi tədbirin açılışında Sankt-Peterburqun vitse-qubernatoru Oleq Erqaşev, Sankt-Peterburq pediatriya universitetinin rektoru, Rusiyanın baş neonatoloqu Dmitriy İvanov və digərləri ilə yanaşı, ATU-nun  Elmi işlər üzrə prorektoru Rauf Bəylərov da salamlama nitqi ilə çıxış edib. 

 

Konqresdə neonatologiya, pediatriya, uşaq cərrahiyyəsi və digər uyğun tibbi ixtisaslar üzrə ən mühüm məsələlər müzakirə olunub. “Sağlam uşaqlar ölkənin gələcəyidir” şüarı ilə keçirilən konqresdə Azərbaycanla yanası, Belarus, Özbəkistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Yəmən və digər ölkələrdən mütəxəssislər iştirak ediblər. 

 

Üç gün ərzində iştirakçılar profilaktik səhiyyə, uşaqlar arasında infeksion xəstəliklərin önlənməsi, pediatrik nefrologiyanın yenilikləri, uşaq ölümlərinin əsas səbəblərinin aradan qaldırılması kimi önəmli məsələlər barədə fikir mübadiləsi aparıblar. Konqres çərçivəsində təşkil olunan sessiyalarda 500-dən çox şifahi, 39 poster təqdimatlar baş tutub, təlim və simpoziumlar, master-klaslar keçirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama