Ürək-damar xəstəlikləri ilə mübarizə aparmağın yolları
07.06.2024 11:47
Ürək-damar sistemi ilə bağlı problem bütün dünyada əsas məsələlərdən biridir. Hər il ürək xəstəliklərinin sayı artır. Təəssüf ki, bu xəstəliklər daha da cavanlaşır. Belə ciddi xəstəliklə mübarizə aparmaq üçün bir çox yollar var.
 
Bu barədə Aztibb.az-a məlumat verən ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyevin sözlərinə görə, ilk öncə siqareti buraxmaq lazımdır. Siqaret təhlükəli bir vərdişdir.Əvvəla, siqaret ürək və qan damarlarına böyük zərər verir. Bir siqaret çəkdikdən sonra qan təzyiqi yüksəlir, tromboz və damarların tıxanma riski artır.
 
Fiziki fəaliyyətin ürək üçün əsas şərtlərdən olduğunu deyən həkim əlavə edib ki, bu, ürək-damar sistemini gücləndirir, qan təzyiqini normallaşdırır və xolesterolu və qan şəkərini azaldır.
 
O, qan təzyiqini idarə etməyin də vacibliyini qeyd edib. Bildirib ki, artan təzyiq (hipertansiyon) nəticəsində damarların divarlarında bir yük meydana gəlir. Həmçinin yüksək qan şəkəriniz varsa, şəkər xəstəliyiniz varsa həkiminizdən öyrənməlisiniz.
 
Ramil Əliyev vurğulayıb ki, bundan başqa, xolesterol insan sağlamlığının vəziyyətini xarakterizə edən göstəricilərdən biridir. Yüksək xolesterol problemi olmayan insanlar, ən azı 2 ildə bir dəfə yoxlamalıdırlar.
 
"Piylənmə ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir" - deyə bildirən cərrah risk qrupuna, çox miqdarda viseral yağ olan insanların daxil olduğunu söyləyib. Həkim bildirib ki, ürək sağlamlığı üçün diyetinizdə həmişə bitki mənşəli qidaların (qoz-fındıq, toxum, dənli bitkilər) olması tövsiyyə olunur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama