Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olundu
23.07.2020 22:16

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat olub.

 

Aztibb.az xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın həkimi Vüsal Abdullayev Cəlilabad RMX-nin baş həkimi vəzifəsinə gətirilib. Bu barədə o, “Facebook” səhifəsində yazıb:

 

“Bir həftədir ki, Bakıdakı işimdən-Mərkəzi Klinik Xəstəxanadan öz istəyimlə azad olundum. Buna səbəb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) nəzdində fəaliyyət göstərən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunmağımdır.

 

İlk növbədə Mərkəzi Klinik Xəstəxananın rəhbərliyinə və həkim-personal yoldaşlarıma minnətdarlığımı bildirirəm. 10 il müddətində bərabər sıralarda sizinlə işləmək olduqca xoş idi.

 

Yeni vəzifəmdə başlıca amalım, xalqıma xidməti dövlətimiz və ölkə rəhbərliyimizin dəst-xətti ilə davam etdirmək və göstərilən böyük etimadı doğrultmaqdır.

 

Bundan sonrakı həkimlik fəaliyyətimi Cəlilabad rayonunda davam etdirərək, regionumuzun səhiyyə sahəsinə öz töhfəmizi vermək, xəstəxanamızı peşəkar kadrlarla təmin etmək və gələcək kadrları doğru yetişdirmək istiqamətində olacaq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır