“Çinar” və “Şəfa” ansambllarının üzvləri «Təbib» düşərgəsində istirahət ediblər
06.06.2024 08:52

Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsi (HİK) universitetimizin mədəni həyatında aktiv iştirak edir və tədbirlərin keçirilməsinə böyük dəstək göstərir. 

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, bu günlərdə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ATU-da Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş “Bu ellərin soyu birdir, kökü bir” adlı təntənəli ədəbi-bədii gecə keçirilib.

 

Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, tanınmış ictimai xadimlər, o cümlədən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı xanımı ilə birgə iştirak edib. Bu dəfə də “Çinar” rəqs və “Şəfa” xalq çalğı alətləri ansambllarının çıxışları gecəyə xüsusi rəng qatıb.

 

Qeyd edək ki, dosent Cahangir Qasımovun sədri olduğu HİK, eləcə də Elçin Əlizadənin rəhbərlik etdiyi Təsərrüfat və təchizat şöbəsi ATU-nun əməkdaşları və tələbələrinin mədəni istirahəti məqsədilə hər il yaz-yay aylarında universitetimizin “Təbib” istirahət düşərgəsinə səfərlər təşkil edir. Bu günlərdə adıçəkilən ansamblların üzvləri “Təbib”-də ən yüksək səviyyədə istirahət ediblər.

 

Xatırladaq ki, hər il olduğu kimi, bu il də “Təbib” istirahət düşərgəsində abadlıq və yenidənqurma işləri aparılır. Çoxlu sayda ağaclar və güllər əkilib, yeni koteclər tikilərək istirahət zonası genişləndirilir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev