Yunanıstanda içməli suya qarışan bakteriyalara görə qastroenterit epidemiyası yaşanılır
04.06.2024 12:01

Yunanıstanın Tesaliya bölgəsindəki Rizomilo və Stefanovikio qəsəbələrində içməli su ilə bakteriyaların qarışması nəticəsində qastroenterit xəstəliyinin baş verdiyi bildirilib.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Yunanıstan Milli Xalq Sağlamlığı Təşkilatından (EODY) edilən yazılı açıqlamada, mayın 27-dən sonra Rizomilo və Stefanovikio qəsəbələrində çoxlu qastroenterit hadisəsinə rast gəlindiyi bildirilib. Məlumat verilib ki, rayonda aparılan müayinələr zamanı içməli suda çoxlu mikrob və bakteriya, o cümlədən salmonella aşkarlanıb.

 

Açıqlamada, tualet istisna olmaqla, bu ərazidə şəbəkə sularından istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilib.

 

Epidemiya ilə əlaqədar rayonda uşaq bağçalarında və ibtidai məktəblərdə tədris bir gün müddətinə dayandırılıb.

 

Bələdiyyə kran suyundan istifadə etməmək tövsiyə olunan insanlara butulkalarda su paylamağa başlayıb.

 

Prokurorluq epidemiyanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır