KTM-də daha bir azyaşlı üzərində aparılan əməliyyat uğurla icra olunub  
04.06.2024 11:33
Vətəndaş qızdırma, qarın nahiyəsində kəskin ağrı, qusma şikayətləri ilə Kliniki Tibbi Mərkəzə (KTM) qəbul edilib.
 
Aztibb.az-a Mərkəzdən verilən məlumata görə, Uşaq Cərrahiyyəsi şöbəsinə yerləşdirilən xəstə üzərində aparılan müayinələrə əsasən ona kəskin appendisit, peritonit diaqnozları qoyulub və əməliyyat təyin edilib.
 
KTM-in həkim-uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə keçirilən əməliyyat zamanı xəstədə kor bağırsaq çıxıntısının tamamilə çürümüş, deşilmiş, qarının irinlə dolu olduğu məlum olub.
 
Daha sonra bağırsaqların bitişməsinin axtarışı zamanı xəstənin nazik bağırsağı üzərində böyük ölçülü Meckel divertikulu aşkarlanıb. Qarında irin olduğuna görə Meckel divertikuluna toxunulmayıb, digər prosedurlar uğurla icra olunub. Ailə məlumatlandırılıb və xəstəyə yenidən əməliyyat olunması məsləhət görülüb.
 
Əməliyyatdan sonra xəstənin durumunda hansısa narahatlıq aşkarlanmayıb, vəziyyəti yaxşıdır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev