Yeni doğulan körpələr arasında ölüm hallarının azaldılması yolları müzakirə edilib  
04.06.2024 11:45

ATU-da yenidoğulmuşlarda ölüm və ağırlaşmaların azaldılması yollarına həsr edilmiş "Bəslənmənin problemləri" mövzusunda seminar keçirilib.

 

Aztibb.az-a universitetdən bildirilib ki, həkim, rezident və tibb bacılarının iştirak etdiyi seminarda sağlam,xəstə və yarımçıq doğulmuşların bəslənməsinin müxtəlif aspektləri dəyərləndirilib, mövzu ilə əlaqədar ətraflı müzakirələr aparılıb. 


Seminarda ana südünün əhəmiyyətinə dair məlumat verilərək, bu cür bəslənmənin 0-6 aylıq uşaqlar üçün "qızıl standart" hesab olunduğunu vurğulanıb. Qeyd olunub ki, bu qida ilk 6 ayda körpə orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını, 6-12 ayda yarısını, 13-24 ayda isə üçdə birini qarşılayır. 


Tədbirdə çıxış edənlər bildiriblər ki, vaxtından əvvəl doğulan uşaqlarda  ana südü demək olar ki, həyatın mühafizəsini təmin edir. Digər tərəfdən, eyfiyyətinə və balanslaşdırılmış komponentlərinin tərkibinə görə ana südündə olan bioloji aktiv birləşmələri əvəz etmək mümkün deyil. Ana südü ilə qidalanma immun sistemini aktivləşdirir, allergik reaksiyaların, ani uşaq ölümü sindromunun, xroniki xəstəliklərin, eləcə də diabet və piylənmənin əmələ gəlmə riskini azaldır. Ana ilə körpə arasında erkən dövrlərdə tam emosional bağlılıq yaradır.


Həmçinin qidalanmanın yeni doğulmuş körpələrin fiziki inkişafına təsirləri də qeyd olunub.

 

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev