2 gün komada qalan pasiyent Sabunçu Tibb Mərkəzində sağlamlığına qovuşub
02.06.2024 18:11

Səhhətindəki ciddi narahatlıqlar səbəbilə Sabunçu Tibb Mərkəzinə müraciətdən 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxs Cərrahi profilli reanimasiya şöbəsinə qəbul edilib. Müayinələrdən sonra pasiyentə 2-ci tip şəkərli diabet, böyrəklərin zədələnməsi diaqnozu qoyulub.

 

Aztibb.az-a Mərkəzdən verilən xəbərə görə, bununla yanaşı, xəstədə nefrogen hipertenziya xəstəliyi də aşkar edilib.

 

Diabetik nefropatiya səbəbilə ağırlaşan xəstə 2 gün koma halında qaldıqdan sonra həkimlər- uzman anestezioloq-reanimatoloq Leyla Mercan, Endokrinologiya şöbə müdiri Ülviyyə Sadıqova, Hemodializ şöbə müdiri Nərmin Allahverdiyevanın səyləri nəticəsində yenidən öz sağlamlığına qovuşub.

 

Pasiyent yaradılan şəraitə və diqqətə görə Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovaya həmçinin bütün tibbi heyətə öz təşəkkürünü bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev