Mərkəzi Gömrük Hospitalında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya keçirilib
01.06.2024 15:11

1 iyun 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında balaca pasiyentlər üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş maarifləndirici aksiya keçirilib.

 

Bu xəbər Aztibb.az-a Hospitaldan verilib.

 

Tədbir çərçivəsində Mərkəzi Gömrük Hospitalının rəisi- baş həkim Bəxtiyar Musayev, pediatrlar, uşaq cərrahları və personal müalicə alan balaca pasiyentlərlə maarifləndirici söhbətlər aparıb, onlara hədiyyələr təqdim ediblər.

 

Tədbirin keçirilməsində məqsəd valideynlərin və uşaqların diqqətini sağlamlıqlarının qorunmasına yönəltmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, mütəmadi olaraq uşaqların müayinələrdən keçməsinin vacibliyini vurğulamaq olub. Uşaqların Beynəlxalq Müdafiəsi Günü uşaqların özləri üçün əyləncəli bir bayram olmaqla yanaşı, həm də bütün uşaqların xoşbəxt, sağlam böyüməsi və gələcəkdə ölkənin layiqli vətəndaşları kimi formalaşmasının vacibliyini cəmiyyətə xatırladır.

Xəstəliklərin erkən diaqnostikası yalnız xəstənin sağlamlıq vəziyyətini qiymətləndirməyə deyil, həm də müəyyən xəstəliklərin, patalogiyaların inkişaf riskini vaxtında müəyyən etməyə və qarşısını almağa imkan verir. Belə ki, uşaqların sağlam böyüməsi, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi üçün zəruri şəraitin yaradılması Mərkəzi Gömrük Hospitalının əsas məqsədlərindəndir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib