KTM-də 72 yaşlı xəstə yeni üsulla əməliyyat olunub
31.05.2024 12:41

72 yaşlı xəstə uşaqlıq yolunun tam düşməsi səbəbilə Kliniki Tibbi Mərkəzə (KTM)  müraciət edib. Məlum olub ki, xəstədə illər ərzində tədricən uşaqlığın düşməsi əmələ gəlib və 2021-ci ildə uşaqlığın düşməsini ləğv etmək üçün uşaqlığın ekstripasiyası əməliyyatı icra edilib.

 

KTM-dən Aztibb.az-a bildirilib ki, 1 il ərzində xəstədə “Post-hysterectomy prolapse” özünü büruzə verib. Xəstədə uşaqlıq yolunun tam düşməsi və yanaşı gedən digər patologiyalar əmələ gəlib. Xəstə KTM-də müayinələrdən keçirildikdən sonra əməliyyata alınıb.

 

Kliniki Tibbi Mərkəzin həkim-ümumi cərrahı Rauf Mirzəyev tərəfindən xəstə üzərində intubasion narkoz altında “Çanaq dibinin tor istifadə etməklə “Loskut” modifikasiyalı, üç (3) səviyyəli hibrid rekonstruksiyası, ön və arxa kolporafiyalar, vətər mərkəzinin bərpası” əməliyyatı icra olunub. Əməliyyat uğurla başa çatıb.

 

Cərrah Rauf Mirzəyev bildirir ki, bu əməliyyatda tor oma-tin bağından keçməklə apekal fiksasiya edilir, eyni zamanda kolporafiyalar aparılır, birlikdə olduğu üçün əməliyyat hibrid adlandırılır. “Loskut” isə yeni modifikasiyadır, bu yeni üsul digər üsullarla müqayisədə daha üstündür.

 

Xəstələr tez bərpa olur, əməliyyatdan 12 saat sonra ayağa qalxır, hərəkətlərində heç bir məhdudiyyət olmur. Əməliyyatdan sonra ağrılar minimal olur və xəstə əməliyyatdan bir gün sonra evə buraxılır. Nəticəni izləmək məqsədilə 3 həftə sonra təkrar müayinə həyata keçirilir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib