Parisdə keçirilən beynəlxalq tədbirdə Azərbaycan xüsusi sertifikata layiq görülüb
31.05.2024 10:03
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının Paris şəhərində keçirilən 91-ci Ali Baş Sessiyasında ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması statusunun rəsmiləşdirilməsi elan olunub və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinə bununla bağlı xüsusi sertifikat təqdim edilib.
Bu məlumat Aztibb.az-a AQTA-dan verilib.
Qeyd olunub ki, təşkilatın Elm Komissiyasının rəhbəri ölkəmizin ÜHST-nin prosedur qaydalarına uyğun təqdim edilən Hesabatına baxıldığını və xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması barədə tələblərə cavab verdiyini bildirib.
Daha sonra səsvermə yolu ilə hesabat təsdiq olunub. Beləliklə, təşkilat tərəfindən ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması barədə statusunun rəsmiləşdirilməsi beynəlxalq səviyyədə elan olunub.
Sessiyada vurğulanıb ki, Azərbaycan regionda xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusu almış yeganə ölkədir. ÜHST-nin rəhbərliyi ölkəmizin bu sahədə təcrübəsinin digər ölkələrlə də bölüşdürüləcəyi və Azərbaycanın bu sahədə liderlik edəcəyini qeyd edib.
Bu bölməyə aid digər xəbərlər
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ATU tələbələri üçün beynəlxalq mübadilə proqramı
18.10.2026 | 16:37
Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb
18.10.2026 | 15:38
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
18.10.2026 | 10:57
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

