Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru könüllü gənclərlə görüşüb
31.05.2024 09:27

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov Mərkəzdə könüllülük fəaliyyəti ilə məşğul olan bir qrup gənclə görüşüb.

 

Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, görüşdə müəssisənin direktoru bildirib ki, 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” Qanun Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində müsbət rol oynayıb və inkişafa təkan verib.

 

Gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə onların bütün sahələrdə inkişafına dəstək olmaq, öz ixtisasları üzrə praktik biliklərini inkişaf etdirməyin Mərkəzin əsas prioritetlərindən biri olduğunu bildirən M.Calalov təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin "vahid pəncərə" sistemi şəklində birləşdirilməsi prosesində səmərəli xidmətləri olan könüllülərə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Görüşdə insan resursları və maliyyə istiqamətləri üzrə təcrübə müddətini uğurla başa vuran Səbinə Həsənova və İlknur Murad bu müddət ərzində əldə etdikləri bilik və bacarıqlara görə təşəkkür ediblər. Qeyd ediblər ki, peşəkar mütəxəssislərlə birlikdə praktiki əməliyyatların icrasında sevə-sevə çalışıblar və real iş mühiti ilə yaxından tanış olublar.

 

Sonda könüllülük fəaliyyətində fərqlənən bir qrup gənc sertifikat və təşəkkürnamələrlə təltif edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama