Ürəyin işemik xəstəliyi ən çox rast gəlinən ürək xəstəliyidir
01.06.2024 12:08
Ürəyin işemik xəstəliyi – ürəyin tac damarlarının birində və ya bir neçəsində ötürücülük qabiliyyətinin mütləq və ya nisbi pozulması ilə xarakterizə olunan patoloji vəziyyətdir.
 
Bu barədə Aztibb.az-a məlumat verən ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev bildirib ki, damardaxili piy qatları illər keçdikcə böyüməyə başlayır və ürəyi oksigen və qida maddələri ilə təchiz edən damarların ötürücülük imkanını azaldır. Nəticədə ürək infarktı təhlükəsi artır. Belə olan halda koronar aortasının şuntlaması – ağır cərrahi əməliyyata ehtiyac yaranır.
 
Həkimin sözlərinə görə, ürəyin işemik xəstəliyi ən çox rast gəlinən ürək xəstəliyidir. Ürəyi qidalandıran tac damarlardakı daralma və tıxanmalarla özünü biruzə verən ürəyin işemik xəstəliyi ölümə ən çox səbəb olan xəstəliklərdən biridir.
 
O, son 25 ildə koronar ürək xəstəliklərində görülən bu sürətli artımın əsas səbəblərini sadalayıb:
Gedərək pozulan qida rasiyonumuz (ürəyə faydalı yeməklər yerinə bol yağlı yemək növlərinin seçilməsi);
Fiziki hərəkətsizlik və stress;
Artan siqaret alışqanlığı;
Ürəyin tac damarlarındakı daralma və tıxanmalar aorto-koronar şuntlanma əməliyyatı ilə aradan qaldırılır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib