Qərb bölgəsində yerləşən 11 tibb müəssisəsinin mövcud vəziyyətini təhlil etmək məqsədilə regional toplantı keçirilib
29.05.2024 16:18
Regionlarda yerləşən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tibbi və qeyri-tibbi personalın təlimlərə cəlb olunması, uzman həkimlərin bölgələrə cəlb olunması, vətəndaşların keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin olunması istiqamətində işlər davam etdirilir. Qərb bölgəsində yerləşən 11 tibb müəssisəsinin mövcud vəziyyətini təhlil etmək, çatışmazlıq və prioritetləri müzakirə etmək məqsədilə regional toplantı keçirilib.
TƏBİB-dən Aztibb.az-a bildirilib ki, toplantıda qurumun İcraçı direktorunun müavini Araz Nəsirov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, qurumun aidiyyəti məsələlər üzrə şöbə müdirləri, Qərb bölgəsi üzrə xəstəxana direktorları və digər rəsmi şəxslər iştirak edib.
Toplantını giriş sözü ilə açan TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov müşavirənin əsas məqsədləri, görülən işlər, çətinliklər və TƏBİB-in hədəflərindən danışıb.
“Görülən işlər və qarşıda duran məsələlərə dair regional toplantı”da hesabat cıxışı üçün ilk söz Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılova verilib. Müəssisə rəhbəri xəstəxananın hazırkı vəziyyəti, fəaliyyəti, ambulator və stasionar xidmətlərin sayı, eləcə də qarşıda duran hədəflər barədə məlumat verib.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Emin İsmayılov isə rəhbərlik etdiyi tibb müəssisəndə baş verən yeniliklərdən danışıb və bildirib ki, tibb müəssisəsi qısa zamanda müasir standartlara cavab verən yeni tibbi avadanlıqlarla təchiz olunub.
Göygöl Rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev çıxışında vətəndaş məmnunluğunun təmin edilməsi ilə yanaşı, 2024-cü il ərzində ümumi vətəndaş müraciətləri haqqında statistik rəqəmləri açıqlayıb.
Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktoru Paşa Muradov müəssisədə tibbi xidmətin əlçatan olması üçün müasir tibbi avadanlıqlara ehtiyac olduğunu bildirib və bunun üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.
Qazax Rayon Mərkəzi Xəstəxanasının direktoru Sevda Məmmədova öz çıxışında müəssisənin tibbi statistikası, işçi sayı, şöbələr və bölmələr haqqında ümumi məlumat verib.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyad Yusifov xəstəxananın fəaliyyəti və hazırkı strukturu haqqında, ilkin səhiyyə xidməti, patronaj və antenatal tədbirlərin gücləndirildiyini vurğulayıb.
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının direktoru Firdovsi Sarıyev bildirib ki, müəssisənin Poliklinika şöbəsində və inzibati binasında cari təmir-tikinti, abadlaşdırma işləri aparılıb, qazanxana və istilik sistemləri yenidən qurularaq əsaslı təmir edilib.
Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli müəssisənin 2023-2024-cü illərin birinci rübü üzrə statistik məlumatlarını təqdim edib, göndəriş sayının daha öncəki illərlə müqayisədə daha az olduğunu vurğulayıb.
Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının direktoru Mirkərim Tağıyev əsasən çatışmazlıqlardan - kadr təminatı, maddi-texniki baza və infrastrukturun yenilənməsi üçün zəruri olan məsələlərdən danışıb.
Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yəhyayev isə bildirib ki, yaxın zamanlarda tibb müəssisəsində Hemodializ şöbəsi fəaliyyətə başlayacaq. O, toplantı iştirakçılarının nəzərinə çatdırıb ki, bu bölgə üçün önəmli yeniliklərdən biridir.
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyev də yeniliklərdən danışıb və qeyd edib ki, mərkəzi xəstəxanada 2023-cü ilin sonunda Elektroensefaloqrafiya kabineti yaradılıb və bu günə qədər onlarla insan tibbi müayinədən keçib. O, eyni zamanda Fizioterapiya kabinetinin də yenidən qurularaq fəaliyyətə başladığını nəzərə çatdırıb.
Hesabatlar dinlənildikdən sonra TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və İcraçı direktorun müşaviri Pərvin Əkbərov region üzrə mövcud çatışmazlıq və yeniliklərə bir daha toxunublar. Bildirilib ki, TƏBİB istər region xəstəxanalarının maddi-texniki təminatının gücləndirilməsi, istərsə də bölgələrdə müşahidə olunan həkim potensialının gücləndirilməsi istiqamətində işləri davam etdirir.
Müşavirənin əhəmiyyətini xüsusi vurğulayan rəsmilər iştirakçıların diqqətinə çatdırıb ki, qeyd olunan qüsurlar qısa zamanda həllini tapmalı, təkmilləşdirmə işləri davam etməli, regionda səmərəli səhiyyə idarəetməsinin formalaşdırılması üçün bütün güc və imkanlar səfərbər olunmalıdır.
Bu bölməyə aid digər xəbərlər
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
Rəşad Mahmudov beynəlxalq tibb konqresində elmi məruzə ilə çıxış edib
16.10.2026 | 10:11
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

