ATU komandaları "Zəfər Festivalı – 2”-də də öz liderliyini qoruya bilib
28.05.2024 11:02

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris İdman Kompleksində Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Unniversiteti, Nəsimi rayon Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçlılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Zəfər festivalı – 2” adlı idman yarışlarının təltif olunma mərasimi keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Əvvəlcə qonaqlar Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində yerləşən şəhidlərin banerinin önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini yad ediblər. Daha sonra kompleksin həyətində musiqi sədaları altında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlara baxış olub. Nümunəvi çıxışlardan sonra Dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.

 

Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Zəfər Festivalı - 2” adlı idman yarışının iştirakçılarını salamlayaraq onları Azərbaycan Tibb Universitetində görməkdən məmnun olduğunu diqqətə çatdırıb.

 

Qeyd edib ki, ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında keçirilən bu festivalda ölkəmizin əksər universitetləri təmsil olunub. Tarixi zəfərimizin adını daşıyan idman festivalında iştirak etməyin artıq bir qalibiyyət olduğunu söyləyən rektor, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinə hər zaman xüsusi diqqət ayrıldığını vurğulayıb. Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hər kəsdə böyük qürur hissi yaratdığını deyib. Zəfər Festivalında zəhməti olan bütün məşqçiləri, idmançıları təbrik edən rektor, universitetimizdə belə festvalların ənənəvi olaraq daha geniş, daha mütəşəkkil şəkildə keçiriləcəyinə əminliyini bildirib.    

 

Öz çıxışında bu festivalı ali məktəblərdə yaradılan idman mühitinin göstəricisi kimi dəyərləndirən Milli Məclisin vitse-spikeri, Gənclər və idman komitəsinin sədri Adil Əliyev bildirib ki, bu tədbirlərin hər biri Azərbaycan idmanının inkişafına, bütün dünyada tanınmasına xidmət göstərir. Azərbaycanın artıq idman ölkəsi kimi tanındığını söyləyən vitse-spiker bu sahənin sürətli inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmizin bir çox sahələrdə, o cümlədən idmançılarımızın yerli və beynəlxalq turnirlərdə qazandıqları nailiyyətlərə görə regionun lider dövlətinə çevrildiyini xatırladıb. Təkcə ölkə daxilində deyil, dünya arenalarında da yüksək nəticələr əldə edən idmançılarımıza uğurlar arzulayıb.

 

Xatırladaq ki, mayın 4-dən 25-dək keçirilən idman yarışlarında ali təhsil müəssisələrinin komandaları iştirak ediblər. İdmançılar stolüstü tennis, badminton, şahmat, futzal, qol güləşi, voleybol (oğlanlar), voleybol (qızlar) və digər idman növləri üzrə öz güclərini sınayıblar.

 

“Zəfər Festivalı – 1”-də olduğu kimi “Zəfər Festivalı – 2”-də də Azərbaycan Tibb Universitetinin komandaları öz liderliyini qoruya bilib.

 

Festivalın təntənəli bağlanış mərasimində qaliblər kubok, diplom və medallarla təltif olunublar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev