“Yatrogenik öd yolu zədələnmələrində multidissiplinar yanaşma” simpoziumunda cərrahi əməliyyat canlı yayımlanıb
28.05.2024 14:30

Yeni Klinikada “Yatrogenik öd yolu zədələnmələrində multidissiplinar yanaşma” simpoziumu keçirilib.

 

Aztibb.az-a Klinikadan verilən xəbərə görə, simpoziumda cərrahi əməliyyatlardan biri canlı translyasiya edilib və əməliyyatın ayrı-ayrı mərhələləri yüksəkixtisaslı yerli həkimlərin moderatorluğu ilə müzakirə edilib.

 

Simpoziumda Yeni Klinikanın direktoru Barat Yusubov, Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva, Azərbaycan Tibb Universitetinin professoru Surxay Hadıyev və müxtəlif tibb müəssisələrindən olan həkimlər iştirak edib.

 

Yeni Klinikanın direktoru Barat Yusubov təşkil olunan simpoziumda məruzəçilər tərəfindən səsləndiriləcək çıxışların günümüzün ən aktual problemini əhatə etdiyini bildirərək, öd yolu zədələnmələrində qapalı və açıq cərrahi əməliyyatların rolundan danışıb. Direktor təkcə aprel ayı ərzində Yeni Klinikanın peşəkar cərrahiyyə komandası tərəfindən 900-dən çox müxtəlif cərrahi əməliyyatın həyata keçirildiyini qeyd edib və əməliyyatların müasir üsullarla icra olunduğunu bildirib.

 

Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov klinikada təşkil olunan elmi konfranslar, simpozium, seminar və s. tədbirlərin səhiyyədə olan problemlərə müxtəlif istiqamətlərdən yanaşmağa şərait yaratdığını bildirib. O, multidisiplinar yanaşma sayəsində mövcud çətinliklərin həllinin daha rahat tapıldığını xüsusi vurğulayıb.

 

Azərbaycan Tibb Universitetinin professoru Surxay Hadıyev və TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva da son dövrlər ölkəmizdə səhiyyənin inkişafı istiqamətində nümunəvi layihələrin həyata keçirildiyini qeyd edərək simpozium iştirakçılarına uğurlar arzulayıblar.

 

Məlumat üçün bildirək ki, tədbirdə biliar sistem variasiyaları, kəskin xolesistit, Mirizzi sindromu, ERCP-nin diaqnostika və müalicədəki rolu, öd yolu zədələnmələrinin radioloji diaqnostikası, PTK-nın diaqnostika və müalicədəki rolu və s. mövzular müzakirə olunub.

 

3 hissədən ibarət simpoziumda həmçinin zala translyasiya edilən canlı əməliyyatın ayrı-ayrı mərhələləri yüksəkixtisaslı yerli həkimlərin moderatorluğu ilə müzakirə edilib.

 

Yeni Klinikanın Ümumi cərrahiyyə şöbəsinin müdiri Elşən Qədimov, həkim-rezident Aynəddin Aslanov və Cəfər Mehdizadə tərəfindən icra edilən və canlı yayımlanan cərrahi əməliyyat uğurla həyata keçirilib.

 

Sonda məruzəçilərə təşəkkürnamələr təqdim edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır