
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 28 May - Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, öncə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.
Onun sözlərinə görə, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.
Direktor vurğulayıb ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi və ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Müasir dövrümüzdə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçiliyimiz tarixindəki rolu həmişə xatırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmişə milli dövlətçilik tariximizin şanlı və parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, Cümhuriyyət liderlərinin xatirəsinə böyük diqqət və hörmətlə yanaşırlar.
"Dövlət başçımız, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Qarabağ uğrunda aparılan Vətən Müharibəsində şanlı Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi hamımıza böyük sevinc, qürur hissi yaşadır.
Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Xalqımız Cümhuriyyətin yarandığı 28-May Respublika Gününü bu il də milli bayram kimi qeyd edir", - deyə İradə Axundova bildirib.
Tədbirin sonunda Müstəqillik Gününə həsr olunan film nümayiş etdirilib.












_1742194537_1e254_148.jpg)

