Səmərqənd Dövlət Tibb Universitetinin rektoru Bakı Sağlamlıq Mərkəzinin qonağı olub
27.05.2024 17:12

Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor Jasur Rizaev və universitetin Elm və innovasiyalar üzrə prorektoru, tibb elmləri doktoru, professor Aziz Kubaev Bakı Sağlamlıq Mərkəzinin qonağı olub.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, qonaqlar tibb müəssisəsinin fəaliyyəti, müxtəlif şöbələrin iş prinsipi, maddi-texniki təminatı və tibbi turizm imkanları haqqında məlumatlandırılıb. Onlar İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Təlim və Simulyasiya Mərkəzində görülmüş işlər və universitetdə yaradılmış şəraitlə tanış edilib.

 

Görüşdə Bakı Sağlamlıq Mərkəzimizin İcraçı direktoru dosent Asiman Həsənov qarşılıqlı əməkdaşlıq və fikir mübadiləsinin əhəmiyyətini vurğulayaraq gələcəkdə müxtəlif sahələrdə təcrübə mübadiləsinin mümkünlüyünü qeyd edib.

 

Professor Jasur Rizaev və professor Aziz Kubaev səmimi qarşılanmaya görə minnətdarlığını bildiriblər.

 

Görüşdə ölkələr arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev