Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda Müstəqillik Günü münasibətilə tədbir keçirilib
28.05.2024 10:50

Səhiyyə Nazirliyi V.Y.Axundova adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 28 May - Müstəqillik Günü münasibətilə tədbir təşkil edilib.

İnstitutdan Aztibb.az-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş nitqi ilə institutun direktoru, professor Adil Allahverdiyev açıb. O, müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına böyük təsir edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixinə və 23 ay mövcud olan Cümhuriyyətin gördüyü böyük işlərə diqqət çəkib.

 

Dövlət müstəqilliyimizin yenidən bərpasından sonra ilk illərdə yaşanan siyasi prosesləri nəzərə çatdıran direktor Azərbaycan Respublikasının müstəqilliyinin qorunması və əbədiləşdirilməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Ümummilli Liderin dövlətçilik, güclü Azərbaycan konsepsiyasını layiqincə gerçəkləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi ilə Vətənimizin bütün sahələrdə uğurlara imza atdığını, ərazi bütövlüyümüzün təmin olunduğunu bildirən Adil Allahverdiyev ölkəmizin Müstəqillik Gününü qalib və qürurlu xalq kimi qeyd etdiyini deyib.

 

Daha sonra institutun fəaliyyətində fərqlənən işçilərin mükafatlandırılma mərasimi keçirilib. İşçilərə fəxri fərman və hədiyyələr təqdim edən direktor Adil Allahverdiyev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev