ATU TCK-nın əməkdaşı Barselonada beynəlxalq konqresdə iştirak edib  
26.05.2024 16:36

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) həkim-mikrobioloqu və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun doktorantı Leyla Həşimova İspanyanın Bareselona şəhərində keçirilən 34-cü “Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Konqresi”ndə (ESCMID Global 2024) iştirak edib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, “Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Konqresi”i bu il 16 mindən çox mütəxəssisin iştirakı ilə baş tutub.

 

Konqresin elmi proqramlarının xüsusi sessiyaları çərçivəsində ESCMID Təcrübəli Assosiasiyası (TAE-Day) tərəfindən klinik mikrobiologiya və yoluxucu xəstəliklər sahələrində tanınmış ekspertlərlə gənc doktorantların görüşü təşkil olunub.

 

L.Həşimovanın sözlərinə görə, dəyirmi masada  dünyanın müxtəlif ölkələrindən gənc doktorantlarla mikrobiologiya və yoluxucu xəstəliklər sahələrində fikir mübadiləsi apararaq, ekspertlərdən tövsiyyələr alıb.

 

Qeyd edək ki, Leyla Həşimova ESCMID Global “Tək Sağlamlıq” başlığı altında İncəsənət Qalereyasında keçirilən müsabiqədə “One Health under the threat of AMR” adlı iş ilə iştirak edib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib