Qulaqdibi virus vasitəsilə yayılan kəskin infeksiyalı xəstəlikdir
24.05.2024 11:44
Qulaqdibi, yəni epidemik parotit - virus vasitəsilə yayılan kəskin infeksiyalı xəstəlikdir. 3-9 yaş arasındakı uşaqlarda daha çox rast gəlinir. Hava-damcı yolu ilə yayılır. İnkubasiya dövrü 16-18 gündür.
 
Bu barədə Aztibb.az-a Respublika Klinik Xəstəxanasının həkim-infeksionisti Tofiq Hacıyev məlumat verib.
 
Həkim bildirib ki, parotid vəzinin şişməsindən 2 gün əvvəl və 9 gün sonra xəstə yoluxdurucudur. Bu xəstəlik daha çox parotis vəzinin şişkinlik və ağrısı ilə müşayiət olunur. Parotis vəzi qulağın ön və aşağı hissəsində, çənəaltı çuxurda yerləşir.
 
Onun sözlərinə görə, xəstənin şikayəti halsızlıq, yorğunluq, temperatur, çeynəmə zamanı olan ağrılardır:
 
"Ağırlaşma olaraq pankreatit, oğlanlarda - epididmit, orxit, qızlarda ooforit ilə nəticələnir. Gələcəkdə sonsuzluqla da nəticələnə bilir. Nadir hallarda isə artrit, tireodit, karlıq da yaradır. Əksər hallarda təkrari yoluxma olmur.
Milli peyvənd təqviminə əsasən 1 və 6 yaşlarda vurulur. 6 aydan kiçik körpələri isə anadan keçən anticisimlər qoruyur".
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır