Mərkəzi Gömrük Hospitalında seminar: “Kardiologiya - açıq mühazirə”
24.05.2024 09:46
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Kardiologiya - açıq mühazirə” mövzusunda seminar keçirilib.
 
Bu barədə Aztibb.az-a Gömrük Hospitalından bildirilib.
 
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev salamlama nitqi ilə çıxış edərək həkim və rezidentlərin elmi fəaliyyətlərinin gücləndirilməsi istiqamətində Mərkəzi Gömrük Hospitalında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və auditoriyanı aktiv olmağa dəvət edib.
 
Daha sonra Bakı Sağlamlıq Mərkəzinin kardiologiya və ürək cərrahiyyəsi məsələləri üzrə koordinator, kardioloq, aritmoloq Fərid Əliyev mövzu ətrafında təqdimatla çıxış edib. O, kardiologiyanın bugünü və gələcəyi, innovativ texnologiyaların tətbiqi və bu sahədə həkim və rezidentlərin nəzəri və praktiki biliklərinin davamlı inkişafının vacibliyi barədə fikirlərini bölüşüb, auditoriyanı maraqlandıran sualları cavablandırıb.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır