Özbəkistan universitetinin nümayəndə heyəti ATU-nun qonağı olub  
23.05.2024 15:14

Bu günlərdə Özbəkistanın Əndican Dövlət Tibb Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub, ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərovla görüşüb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, akademik və tələbə mobilliyi üzrə əlaqələrin genişləndirilməsi, birgə tədbir və layihələrin həyata keçirilməsi, əməkdaşlıq memorandumu barədə müzakirələrin aparıldığı görüşdə universitetin Müalicə işləri üzrə prorektoru Bahromjon Mirzakarimov, Uşaq cərrahiyyəsi kafedrasının müdiri, t.e.d. Jasurbek İbragimov, kafedranın dosenti Farruh Abdurahmonov iştirak ediblər. Onlar universitetin rektoru, professor Madamin Madazimovun salamlarını ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə çatdırmağı xahiş ediblər. Görüşdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşviq Orucov, söbə müdirinin müavini, dosent Nigar Ələkbərova və Rezindentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov iştirak ediblər.

 

Daha sonra qonaqlar ATU-dakı tədris prosesi və Tədris Cərrahiyə Klinikası ilə yaxından tanış olub, klinikanın direktoru Cavid Paşayev və Uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxovla görüşüblər.

 

Qeyd edək ki, qonaqlar mayın 17-19-da Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Uşaq Cərrahiyyəsi Günləri I Beynəlxalq Forumunda iştirak etmək üçün ölkəmizə gəliblər.  

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev