Tibb müəssisələrində “Təbiəti də sağaldaq” adlı ağacəkmə aksiyaları davam etdirilir  
23.05.2024 12:50
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində TƏBİB, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Zeytun Pharmaceuticals” MMC-nin birgə təşkilatçılığı ilə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 6 nömrəli Vərəm Əleyhinə Dispanserdə “Təbiəti də sağaldaq” adlı ağacəkmə aksiyası keçirilib.
 
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, aksiyada TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Xəlilov, Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov, “Zeytun Pharmaceuticals” MMC-nin departament rəhbəri Əzizağa Əzizov və digər rəsmi şəxslər iştirak edib.
 
Aksiya zamanı 200-dən çox şam ağacı əkilib. Tədbir ağciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərin oksigenlə zəngin havaya ehtiyacı olduqlarını nəzərə alaraq, müalicə aldıqları ərazidə yaşıllığın artırılması və onların sağlamlığının qorunması sahəsində fasiləsizliyi təmin etmək, uzunmüddətli səhiyyə ehtiyaclarının ödənilməsi məqsədini daşıyıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev