Tələbələr erkən və qohum nikahların fəsadları barədə maarifləndirilib  
21.05.2024 12:47
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə 20 may 2024-cü ildə Azərbaycan İlahiyyat İnstitutunda “Erkən nikah və qohum nikahların fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
İSİM-dən Aztibb.az-a verilən məlumata görə, qurumun Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova təqdimatla çıxış edərək, erkən nikahların sağlamlıq üçün ciddi təhlükə yaratdığını nəzərə çatdırıb. O, erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olmasından söz açıb.
 
Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva təqdimatla çıxış edərək, erkən və qohumlar arasında nikahların tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadlarından iştirakçılara ətraflı məlumat verib.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev