AQTA sədrinə heyvan və bitki sağlamlığı sahəsində beynəlxalq müşavirlər seçilib
07.11.2020 20:35

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzliyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində beynəlxalq müşavirlər seçilib. Agentlik sədrinin Latviya, İspaniya və Türkiyədən olan müşavirlər ilə ilk görüşü keçirilib. Görüşdə xarici ekspertlər - Ringolds Arnitis (Latviya), Ana Allende (İspaniya), Güven Güneren, Nevzat Birişik, Veli Cengiz Özalp (Türkiyə) və Agentliyin əməkdaşları iştirak edib.

 

Aztibb.az-ın məlumatına görə, AQTA-dan bildirilib ki, agentlik sədri müşavir kimi cəlb olunan xarici ekspertlərə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə ətraflı məlumat verib. Bildirib ki, erməni təcavüzü nəticəsində həmin ərazilərdə zəngin bitki örtüyünə ciddi ziyan dəymiş, habelə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri aparılmadığı üçün bir çox bitki növləri məhv olmuş və zərərvericilərin yayılma arealı genişlənmişdir. Bununla yanaşı, işğal altında olan ərazilərdə 30 ilə yaxın müddətdə epizootiya əleyhinə tədbirlər görülməmiş, heyvanların miqrasiyasına nəzarət həyata keçirilməmişdir.

 

Qeyd edək ki, beynəlxalq müşavirlər qurum əməkdaşlarına qida təhlükəsizliyinə dair yeni prosedurlarla bağlı təlimlərin verilməsi, ölkədə mövcud olan qida təhlükəsizliyi təcrübələrinin və prosedurlarının inkişaf etdirilməsi, texniki normativ hüquqi aktların, təlimatların hazırlanması və beynəlxalq tələblərə uyğunlaşdırılmasında köməklik göstərəcəklər. Eyni zamanda, müşavirlər risk qiymətləndirilməsi prinsiplərinin tədrisi, elmi tədqiqatların aparılması, laboratoriyaların fəaliyyətinin dəyərləndirilməsi, yeni metodologiyalara görə modernizasiyası üzrə təkliflərin hazırlanması sahəsində öz təcrübələrini bölüşəcəklər.

 

Beynəlxalq müşavirlərin cəlb edilməsində məqsəd ölkəmizdə qida təhlükəsizliyi sisteminin davamlı inkişaf etdirilməsi, milli qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, risk qiymətləndirilməsi, fitosanitar, baytarlıq sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, kadr hazırlığının yüksəldilməsidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır