Hipertoniyanın gündəlik həyatda mənfi təsirləri bir çox sahələrdə görülür
17.05.2024 12:26

Yüksək qan təzyiqi olaraq da bilinən hipertoniya ilə bağlı son araşdırmalar xəstəliyin gündəlik həyatın bir çox sahələrində insana mənfi təsir etdiyini göstərir.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 15-də dərc etdiyi son araşdırmasında duz istehlakı ilə hipertoniya arasında sıx əlaqəni müzakirə edib.

 

Araşdırma, gündəlik həyatda duz istifadəsinin azaldılmasının Avropada minlərlə insanın həyatını xilas etdiyini ortaya çıxarıb.

 

Araşdırmada qeyd olunub ki, hipertoniya adətən heç bir əlamət göstərmir və nəzarət altında saxlanmasa, dağıdıcı nəticələr verə bilər.

 

Tədqiqatda yüksək miqdarda duz istifadəsinin qan təzyiqini artırdığı ifadə edilib, duz istehlakını azaltmaqla hipertoniyanı nəzarətdə saxlamağın mümkünlüyü bildirilib.

 

Mayın əvvəlində ABŞ-ın Boys Town Milli Tədqiqat Xəstəxanasının İnsan Neyrologiya İnstitutunun tədqiqatçıları tərəfindən dərc edilən bir araşdırma isə hipertoniyanın yaddaşa təsir etdiyini göstərib. Tədqiqatda hipertoniyanın şifahi yaddaşın kodlaşdırılması zamanı yaşanan sinir anormallikləri ilə əlaqəli olduğu qənaətinə gəlinib.

 

ÜST-nin hesabatında hipertoniya ilə bağlı məlumatlılığın artırılmasında təkcə səhiyyə işçilərinin deyil, qeyri-hökumət təşkilatlarının, cəmiyyətin və siyasətçilərin də rolu olduğu bildirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev