Səhiyyə naziri Kubanın ölkəmizdəki səfiri ilə görüşüb
16.05.2024 15:02

Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a Nazirlikdən xəbər verilib.


Bildirilib ki, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycanla Kuba arasında səmərəli əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla davam etdiyini vurğulayıb. Teymur Musayev xalqlarımız arasında dostluq əlaqələrinin inkişafında dövlət başçılarının müstəsna rolunu qeyd edib.


Nazirin sözlərinə görə, bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də Azərbaycan-Kuba əməkdaşlığı nümunəvidir. Kubanın milli səhiyyəsinin dünyada ən yaxşı sistemlərdən biri olduğunu qeyd edən Teymur Musayev Səhiyyə Nazirliyinin nümayəndə heyətinin ötən il noyabr ayında dost dövlətə səfəri və Baş nazir Manuel Marrero Krusla görüşünü xatırladıb: “Səfər çərçivəsində bir sıra əhəmiyyətli və məhsuldar görüşlər baş tutub. Nümayəndə heyəti Kuba Respublikasının aparıcı tibb və əczaçılıq müəssisələrini ziyarət edərək, onların fəaliyyəti ilə tanış olub. Həmçinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd iki dost ölkənin səhiyyə sisteminin gücləndirilməsi, eyni zamanda əhalinin sağlamlığının inkişafına öz tövhəsini verəcək”.

 

Öz növbəsində Karlos Enrike Valdes de la Konsepsyon Kubanın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Bildirib ki, Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur. Ölkələrimiz arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub. Bu müddət ərzində Kuba və Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlər müsbət dinamika ilə inkişaf edir.


Sonda kubalı səfir bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.


Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev