AQTA nümayəndə heyəti Belarus Respublikasına işgüzar səfər edib
15.05.2024 15:13

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Belarus Respublikasında işgüzar səfərdə olub.

 

AQTA-dan Aztibb.az-a verilən xəbərə görə, səfər çərçivəsində nümayəndə heyət ilə bu ölkənin Kənd Təsərrüfatı və Ərzaq Nazirliyində görüş keçirilib.

 

Görüşdə ölkələrimiz arasında qida obyektlərinin təsdiq sistemlərinin ekvivalentliyinin tanınması məsələsi müzakirə edilib. Nazir müavini İvan Smilgin nümayəndə heyətinə Belarus Respublikasında aparılan qiymətləndirmədə uğurlar arzulayıb.

 

Eyni zamanda, AQTA əməkdaşları Belarus Respublikasının qida təhlükəsizliyi sistemi və yüksək riskli heyvan mənşəli məhsulların istehsalı və emalı müəssisələrinin təsdiqi prosesi ilə yaxından tanış olublar. Belarus Dövlət Baytarlıq Mərkəzinə məxsus laboratoriyalara, 1 nömrəli Minsk Süd Zavoduna, Slonimskiy Ət Kombinatına və Komarovski bazarına baş çəkiblər.

 

Səfər zamanı iki qurum arasında qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, əlaqələrin daha da gücləndirilməsinin və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev